hizmetlerimizz_720

Xidmətlər

Karton qutu istehsalı

 Karton qutuların istehsalında ikiqat, üçqat və beşqat qofrokartonlardan istifadə olunur. Fabrikimizdə adi və suvama karton qutular hazırlanır. Adətən adi qutular yalnız daşınma, suvama qutular təqdimat məqsədilə sifariş edilir. Bu cür qutuların hazırlanması prosesində bristol və ya xromerzas kağızlar E, B və ya EB dalğalı karton listlərin üzərinə suvanır. Suvama qutulardan ayaqqabı, ehtiyat hissələri, kosmetika, qida, tekstil və s. brend tanınmasına üstünlük verilən sektorlarda istifadə edilir. Kartonun üzərinə suvanan kağızın çəkisi 180-400 qram arası dəyişir.

Kağız qablaşdırma

Kağız qablaşdırma qutu və paket şəklində ola bilər. İstehsal zamanı bristol və xromerzas kimi kağızlardan istifadə edilir. Bristol və ya xromerzas kağızlardan hazırlanan qutular kiçik ölçülü məhsullar üçün ideal seçimdir. Yüksək qramajlı kağızdan istehsal olunan qutular daha sərt və davamlı olur. Bu növ qablaşdırmadan kosmetika, qida, tekstil və s. sektorlarda istifadə olunur.

Sərt qutu istehsalı

Sərt qutu istehsalında – qalınlığı orta hesabla 1 mm-dən 3 mm-ə qədər olan sıxlaşdırılmış kartondan (kitab cildi materialı), parlaq və ya dekor kağızdan, xüsusi dizaynlı vinildən istifadə olunur. Bu cür qutulara əsasən premium məhsulların, hədiyyələrin və promo materialların qablaşdırılmasında üstünlük verilir.

Dizayn və maket hazırlama

 Komandamız tərəfindən müştərinin məhsulu, qablaşdırma ilə bağlı istəkləri öyrənilir, lazım gələrsə ona əlavə təkliflər verilir. Dizaynerlərimiz məhsulun qrafik və texniki dizaynını, maketini hazırladıqdan sonra son dizayn müştəri ilə razılaşdırılır.

Mətbəə çapı

Şirkətimizdə maksimum ölçü 700×1000 mm olmaqla ofset çapı da həyata keçirilir. Ofset çapının müəssisə daxili aparılması qablaşdırmanın daha operativ hazırlanmasını şərtləndirən əsas amillərdən biridir. 

Laminasiya və lak

Qutuların və paketlərin daha davamlı və cəlbedici olması üçün laminasiya və lakdan istifadə olunur. Laminasiya qutunun xarici səthinə parlaq və ya mat effekt verir. Bundan əlavə, paxlava, şirniyyat, xəmir və s. şirniyyat qutularının daxili səthinə çəkdiyimiz sədəf və ya adi laminasiya qida yağlarının qutuya keçməsinin qarşısını alır. Qoruyucu və UV lak vasitəsi ilə də qablaşdırmanın parlaqlığını artıra və daha cəlbedici edə bilərik. Həmçinin, qismi lak vasitəsilə müəyyən hissəni və ya loqonu qabarıq etməklə qutuya xüsusi görünüş vermək mümkündür.

Qızılı və gümüşü basqı

 Qablaşmanı parıltılı və ya cəlbedici etmək üçün qızılı, gümüşü, qara, qırmızı və s. rəngdə fərqli folqalardan istifadə edilir.