Karton qutuların istehsalında ikiqat, üçqat və beşqat qofrokartonlardan istifadə olunur. Fabrikimizdə adi və suvama karton qutular hazırlanır. Adətən adi qutular yalnız daşınma, suvama qutular təqdimat məqsədilə sifariş edilir. Bu cür qutuların hazırlanması prosesində bristol və ya xromerzas kağızlar E, B və ya EB dalğalı karton listlərin üzərinə suvanır. Suvama qutulardan ayaqqabı, ehtiyat hissələri, kosmetika, qida, tekstil və s. brend tanınmasına üstünlük verilən sektorlarda istifadə edilir. Kartonun üzərinə suvanan kağızın çəkisi 180-400 qram arası dəyişir.