Kağız qablaşdırma qutu və paket şəklində ola bilər. İstehsal zamanı bristol və xromerzas kimi kağızlardan istifadə edilir. Bristol və ya xromerzas kağızlardan hazırlanan qutular kiçik ölçülü məhsullar üçün ideal seçimdir. Yüksək qramajlı kağızdan istehsal olunan qutular daha sərt və davamlı olur. Bu növ qablaşdırmadan kosmetika, qida, tekstil və s. sektorlarda istifadə olunur.